Qəzzafi şərtini açıqladı: «Hakimiyyət oğluma verilməlidir!»

13 Aprel 2011 12:09
Milli.Az xəbər portalının "Asharq Al-Awsat" qəzetinə istinadən verdiyi məlumata görə, Qəzzafi 3 şərtinin olduğunu bəyan edib: o, istefaya "hörmət-izzətlə göndərilməli", bu zaman hansısa rəmzi vəzifə almalı, hakimiyyət isə oğlu Seyf əl-İslama verilməlidir.
Xatırladaq ki, bir neçə gün əvvəl Liviya müxalifəti Afrika Birliyinin barışıq planını qəbul etməmiş və Qəzzafinin istefa verməsinin vacibliyini bildirmişdi.

Milli.Az