Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

13 Aprel 2011 11:55
Milli.Az xəbər portalı Dövlət Neft Şirkətinin internet saytına istinadən xəbər verir ki, aprelin 15-də saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Milli.Az