Ukraynada axtarışda olan azərbaycanlı Bakıda tutuldu

13 Aprel 2011 11:28
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Mamed Mustafayev Ukrayna Respublikasının Xarkov şəhər Daxili İşlər İdarəsinin Oktyabr rayon Daxili İşlər Şöbəsi tərəfindən axtarışda olub. O, Ukrayna vətəndaşıdır və bu ölkənin Cinayət Məcəlləsinin 151-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışa verilib. Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mamed Mustafayev aprelin 12-də Bakıda saxlanılıb.

Milli.Az