Hüsnü Mübarək həbsxanadan əvvəl xəstəxanaya düşdü - YENİLƏNİB
13 Aprel 2011 17:59
Milli.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, Mübarək, səhhətində
yaranmış problemlə əlaqədar Qahirədəki hərbi hospitala aparılacaq.
Vertolyotla paytaxta aparılacaq eks-prezident sağalanadək hospitalda
ciddi mühafizə altında olacaq. Sağaldıqdan sonra isə o, həbsxanaya
köçürüləcək.
Onun həbs olunmuş oğulları isə Qahirə yaxınlığındakı
həbsxanaya aparılıblar. Mübarək hakimiyyətində yüksək postlar tutmuş
şəxslərin əksəriyyəti, həmçinin onun qohumları da həmin həbsxanada
saxlanılır.
---------
11:23
Milli.Az xəbər portalının BBC-yə istinadən verdiyi məlumata görə, korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan Mübarək barəsində 15 sutkalıq həbs qərarı çıxarılıb.
Xatırladaq ki, bir az əvvəl onun iki oğlu da həbs olunmuşdu.
Milli.Az