Bir şüşə arağa görə quldurluq
13 Aprel 2011 12:14
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, dünən saat 20.30-da Binəqədi rayonu ərazisindəki Xarici Dairəvi küçəsində Bakı şəhər sakini Cəmil Sevdimalıyevə məxsus mağazaya gələn iki nəfər 1 ədəd spirtli içkini pulsuz götürməyə cəd edib. Mağazanın sahibi onlara müqavimət göstərib. Bundan hirslənən "alıcı"lardan biri əlindəki bıçaqla Cəmil Sevdimalıyevi hədələyib və ona məxsus "Toyota" markalı avtomobilin təkərini deşib. Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Elvin Musayev və Seyfulla Qafarov yaxalanıblar.
Milli.Az