"Formula 1"də ikinci gün: Təsnifat yarışında Rosberq birinci oldu - YENİLƏNİB - VİDEO - FOTO

18 İyun 2016 18:26

18:26

Bakıda "Formula 1" Avropa Qran Prisinin təsnifat mərhələsinin ikinci sessiyası başa çatıb.

Trend-in məlumatına görə, bu sessiyanın yekunu üzrə Romen Qrojan (Haas), Niko Hyulkenberq (Force India), Karlos Sayns (Torro Rosso), Fernando Alonso (McLaren), Esteban Qutyerres (Haas) və Felipe Nasr (Sauber) yürüşü dayandırıblar.

Üçüncü sessiyada poulu Niko Rosberq (Mercedes), Luis Hamilton (Mercedes), Serxio Peres (Force India), Daniel Rikkardo (Red Bull), Maks Ferstappen (Red Bull), Sebastyan Fettel (Ferrari), Valtteri Bottas (Williams), Kimi Raykkonen (Ferrari), Daniil Kvyat (Torro Rosso) və Felipe Massa (Williams) oynayacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Mercedes" komandasının pilotu Niko Rosberq Finiş rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyədir. "Force İndia" komandasının pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik nəticə ilə ikinci olub. Üçüncü yerdə 1 dəqiqə 43,966 saniyəlik göstərici ilə "Red Bull Racing" komandasından sürücüsü Daniel Rikkardo qərarlaşıb.

Beləliklə, iyunun 19-da Avropa Qran-prisində pilotların düzülüşü aşağıdakı qaydada olacaq:

1. Niko Rosberq - "Mercedes"

2. Serxio Peres - "Force İndia"

3. Daniel Rikkardo - "Red Bull Racing"

4. Sebastian Fettel - "Ferrari"

5. Kimi Raykonnen - "Ferrari"

6. Felipe Massa - "Uilyams"

7. Daniil Kvyat - "Red Bull Racing"

8. Valtteri Bottas - "Uilyams"

9. Maks Ferstappen - "Toro Rosso"

10. Luis Hamilton - "Mercedes"

İkinci təsnifatdan sonra:

11. Roman Qrojan - "Haas"

12. Niko Hülkenberq - "Force İndia"

13. Karlos Sayns - "Toro Rosso"

14. Fernando Alonso - "McLaren"

15. Estabean Qutyerres - "Haas"

16. Felipe Nasr - "Sauber"

Birinci təsnifatdan sonra:

17. Rio Haryanto - "Manor"

18. Paskal Verlyayn - "Manor"

19. Censon Batton - "McLaren"

20. Markus Erikson - "Sauber"

21. Kevin Maqnussen - "Renualt"

22. Kolion Palmer - "Renault".

----------

18:12 

Milli.Az bildirir ki, Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günündə təsnifat yarışı başa çatdı. 

Niko Rosberq 1.42.758 göstərici ilə birinci oldu. 

Luis Hamilton qəzaya uğradığına görə 10-cu pilləyə düşdü.

-----------

17:45

"Force India" komandasının pilotu Serxio Peres "Formula 1" Avropa Qran Prisinin startında sürət qutusunun dəyişdirilməsinə görə 5 mövqe itirəcək.

Trend-in məlumatına görə, S.Peres III yürüşün sonunda Bakı trasının 15-ci döngəsində qəzaya uğrayaraq bolidinə güclü ziyan vurub.

Sürət qutusunun dəyişdirilməsi cərimə tələb edir, belə ki, əvvəlki element müəyyən edilmiş sayda yürüşə tab gətirməyib.

----------

16:55

Milli.Az bildirir ki, Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günündə təsnifat yarışı başlandı. 

----------

15:03

Milli.Az bildirir ki, Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günündə üçüncü sərbəst yürüş başa çatdı. 

"Mercedes" komandasının britaniyalı pilotu, üçqat dünya çempionu Luis Hamilton bu yarışı da birinci pillədə başa vurub. Yürüşün trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 44,352 saniyə olub.

L.Hamiltonun komanda yoldaşı Niko Rosberq yarışı ikinci, "Force İndia" komandasının pilotu Niko Hulkenberq isə üçüncü pillədə başa vurublar.

Formula-1 üzrə sıralama yürüşü saat 17:00-da başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yürüşün başa çatmasına yaxın "Force İndia" komandasının pilotu Serxio Peres qəzaya uğrayıb. Pilot bolidini 14-cü döngədə trekin ətrafındakı təhlükəsizlik hasarına vurub. Lakin S.Peres xəsarət almayıb.

Milli.Az Trend-ə istinadən Bakı trasının pit-leynindən videogörüntünü təqdim edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Третья свободная практика пилотов Формулы 1 в рамках Гран-при Европы в Баку - 1

Третья свободная практика пилотов Формулы 1 в рамках Гран-при Европы в Баку

----------

14:00

Milli.Az bildirir ki, Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günündə üçüncü sərbəst yürüş başlayıb. 

AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Niko Rosberq, "Ferrari"də Sebastian Fettel ilə Kimi Raykonnen, "Uilyams"ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. "Red Bull Racing" komandasında Daniel Rikkardo və Daniil Kvayt, "Force İndia"da Niko Hulkenberq ilə Serxio Peres, "Renualt"da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, "Toro Rosso"nun heyətində Maks Ferstappen və Karlos Sainz, "Sauber"də Markus Erikson, Felipe Nasr, "McLaren"də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto "Manor", Roman Qrojan və Esteban Qutyerres isə "Haas" komandalarının idman şərəfini qoruyublar.

Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. Təsnifat (sıralama) yürüşünə isə saat 17:00-da start veriləcək.

-----------

13:38

GP2 seriyası üzrə yarış artıq başa çatıb. "Prema Racing" komandasının pilotu Antonio Covinatsi birinci olub. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 57,944 saniyə olub.

Milil.Az AZƏRTAC-a istinadən bildirir ki, rusiyalı pilot Sergey Sirotkin (ART Grand Prix) ikinci, italiyalı Rafael Marçello (Russian Time) üçüncü olublar.

Mükafatçılara kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Olimpiya çempionu Namiq Abdullayev təqdim ediblər.

Saat 12:00-da start verilən yarışda pilotların düzülüşü aşağıdakı kimi olub:

1. Antonio Covinatsi (Prema Racing)

2. Nobuxara Matsişuta (ART Grand Prix)

3. Sergey Sirotkin (ART Grand Prix)

4. Rafael Marçello (Russian Time)

5. Luka Qyotto (Trident)

6. Olivyer Roulend (MP Motorsport)

7. Marvin Kirkqover (Karlin)

8. Pyer Qasli (Prema Racing)

9. Norman Nato (Racing Engineering)

10. Serxio Kanamasas (Karlin)

11. Cordan Kinq (Racing Engineering)

12. Artyom Markelov (Russian Time)

13. Aleks Linn (DAMS)

14. Nikolya Latifi (DAMS)

15. Mitç Evans (Pertamina Campos Racing)

16. Artur Pik (Rapax)

17. Daniel de Yonq (MP Motorsport)

18. Cimmi Eriksson (Arden International)

19. Qustav Malya (Rapax)

20. Şon Gelael (Pertamina Campos Racing)

21. Nabil Jefri (Arden International)

22. Filo Pas Armand (Trident).

----------

11:59

Milli.Az bildirir ki, Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günündə GP2-lərin yarışı başlayıb.

Bakıda

Bakıda

------------

08:22

Bu gün Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.

Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətindədir. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə bilir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Qran-prinin birinci günündə "Formula 1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub. İyunun 18-də "Formula 1" üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran Prisi yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.

Milli.Az