Eşq naminə nə edilməz ki... - FOTO
13 Aprel 2011 20:01
Milli.Az xəbər portalı "National Geography"yə istinadən bildirir ki, Cənubi Afrika Respublikasındakı Madikve Milli Parkında ceyranların "nikah dövrü" başlanıb.
Parkın qoruqçularından biri, 30 yaşlı Jako Bekker iki erkək ceyranın bir dişi uğrunda döyüşünün şahidi olub.
"Belə ceyranları "cəngavər" adlandırırıq, çünki onlar seçdikləri və "qəlbini qazanıb" cütləşmək istədikləri dişi ceyranın diqqətini cəlb etmək üçün əvvəlcə var-gəl edir, sonra buynuzlaşıb döyüşürlər. Bu toqquşmada isə məni maraqlandıran erkək ceyranların birinin kəllə-mayallaq vuraraq rəqibini dal ayaqları ilə "keyitmək" cəhdi oldu. Ceyranlar arasında belə akrobatlığa hələ rast gəlməmişdim", - həvəskar fotoqraf Bekker deyib.
Milli.Az



