Əməköməci bitkisi sizin həyatınızın xilaskarı ola bilər - FOTO

17 İyun 2016 16:49

Öz-özünə yetişən və bənövşəyi rəngdə çiçəklər açan bir bitki olan ƏMƏKÖMƏCİNİN yarpaqları tərəvəz olaraq, çiçəkləri isə dərman olaraq istifadə edilir.

Əməköməci bir çox xəstəliklərin dərmanıdı.
Sinəni yumşaldır, öskürəyi kəsir, yüksək temperaturu aşağı salır. Bundan başqa soyuqdəyməyə, bronxitə yaxşı təsir edir, burun qanamasını kəsir və nəfəs darlığı xəstəliyinədə faydalıdır.
Əməköməci səs batıqlığını, boğaz və badamcıq iltihablarını aradan qaldırır, dərini qoruyur, yumşaldır və nəmləndirir.

İstifadə qaydası isə belədi: Bitkinin quru yarpaqları və çiçəklərini suda qaynadaraq çay kimi içmək və ya yarpaqlarını sıyıq halına gətirib istifadə etmək də olar.

Sıyıq halına gətirilən əməköməcini çibanların, yaraların ya da egzama olan hissənin üzərinə çəksəz faydasını görərsiz.

Yorğunluğunuzun aradan qalxmasını istəyirsizsə, bu bitkinin qaynadılan suyunu duş kimi qəbul edin.

Bundan başqa açıq və qapalı ürək əməliyyatları haqqında ətraflı məlumat almaq istəyirsinizsə, Sağlam Nəsil verilişinə mütləq baxın.

Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam Nəsil" şənbə günü saat 18:00-da Lider TV-də! Təkrarı 15:00-da.

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az