Saçın tez-tez rənglənməsi ciddi fəsadlara yol aça bilər
13 Aprel 2011 14:53
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Avropa alimlərinin bu ay başa çatmış araşdırması saçların mütəmadi olaraq rənglənməsi ilə qaraciyər xəstəliyi arasında əlaqəni üzə çıxarıb. Mütəxəssislər müəyyənləşdirib ki, qadının saçını ayda 1 dəfədən artıq rəngləməsi onun orqanizmində ciddi problemlər yarada bilər. Avropa və MDB ölkələrində açıq satışda olan demək olar ki, bütün saç rənglərinin tərkibində qaraciyər hüceyrələrini tədricən məhv edən maddələr aşkarlanıb.
"Qaraciyərdə problemin yaranması üçün 5-7 il ərzində saçları ayda 1 dəfədən artıq rəngləmək kifayətdir", - deyə tədqiqat müəllifləri bildirir.
Alimlərin bu yeniliyi artıq Avropada geniş kütlə arasında ciddi narahatlığa səbəb olub.
Milli.Az