Azərbaycanı tərk etdikdən sonra özünə yeni klub tapdı

17 İyun 2016 20:56

Bu ilin əvvəlində "Rəvan"dan ayrılan ukraynalı qapıçı Konstantin Maxnovskinin işsiz günləri başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper karyerasını ölkəsində davam etdirməyə qərar verib.

Bir müddət öncə "Dnepr"də baxışda olan, lakin sınaqdan uğurla keçə bilməyən Maxnovski birinci liqa təmsilçisi "Desna" ilə anlaşıb. Tərəflər arasında neçə illik müqavilənin imzalandığı isə açıqlanmır.
 
Qeyd edək ki, Maxnovski "Rəvan"dan öəncə "Legiya", "Obolon" və "Sevastopol" klublarının da formasını geyinib. 

Milli.Az