Sabiq sevgiliyə gözdağı: "Öpüşəcəyəm, hələ o yana da keçəcəyəm!" - FOTO
13 Aprel 2011 20:36
Milli.Az xəbər portalı "New York Post"a istinadən bildirir ki, dünyanın ən məşhur qolfçusu Tayqer Vudsun keçmiş sevgilisi Reyçel Uçitel Karib adalarında əylənməyə davam edir.
36 yaşlı Reyçelin yeni məşuqu isə ondan 10 yaş kiçik Mett Handır.
Mett Hanla təmaslarının mediada birmənalı şərh edilmədiyinə sinirlənən, xüsusilə də sabiq əri Vudsun "o qadın başını itirib" sözlərinə qıcıqlanan Reyçelin dediyinə görə, azad qadındır və istədiyini edə bilər.
"Metti sevirəm və onunla dənizdə çimir, öpüşürük. Burada qeyri-adi heç nə görmürəm. Öpüşəcəyəm, hələ o yana da keçəcəyəm. Tayqer isə əlaqələrimizin pozulmasına məhz özünün səbəbkar olduğunu düşünsün. Hər halda fahişələrlə otellərdə qalıb mənə xəyanət edəndə sevgilim kimi hansı məsuliyyəti daşıdığını fikirləşməliydi", - Reyçel Uçitel deyib.
Onun dediyinə görə, Vudsla ayrılandan sonra Tayqerin bir vaxtlar ona hədiyyə etdiyi mənzildə Mettlə birlikdə yaşayacaq.
Nyu-Yorkun Park-Avenyu səmtində yerləşən həmin lüks mənzilin qiyməti 2 milyon dollardır.
Milli.Az



