Bülent Ersoy iftarda döyülən uşağa 250 manat verdi - FOTO

17 İyun 2016 12:29

Türkiyəli müğənni Bülent Ersoy iftar yeməyinə qatılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, müğənni restorandan çıxarkən küçədə salfetka satan uşaqlarla qarşılaşıb.

Uşaqlardan biri Ersoyun avtobusuna minmək istəyən zaman mühafizəçi onu döyüb. Müğənni araya girib. O, uşağı avtomobilinə çağırıb, ona 500 türk lirəsi (təxminən 250 manat)  pul verib. 

Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az