Britni Spirs "söndü"? - VİDEO-FOTO

13 Aprel 2011 21:54
Milli.Az xəbər portalı "The Daily Mirror"a istinadən bildirir ki, amerikalı pop-müğənni Britni Spirs 29 yaşında olmasına rəğmən, artıq şou-biznesin "ahıl qarı"sı sayıloa bilər. Çünki son albomu ilə bağlı həddən ziyadə nikbin açıqlamalar verən, "mən yenidən qayıdıram" deyən Britni Spirs son konsertlərində çox zəif çıxışları, məzmunsuz xoreoqrafiyaya malik rəqsləri ilə yadda qalıb.

2007-ci ildə depressiyaya düşəndən sonra hələ də özünə gələ bilməyən Spirsin son konsertlərindən tənqidçilər, şərhçilər və mütəxəssislərlə yanaşı, tamaşaçılar da narazı qalıblar.
Onlar 29 yaşlı müğənnini "qoca qarı" adlandırırlar.

Milli.Az