Super ulduz: "Ərim ölüb gedirdi: onu cəhənnəmdən qurtardım" - FOTO
13 Aprel 2011 21:40
Milli.Az xəbər portalı "Sun"a istinadən bildirir ki, son vaxtlar super ulduza çevrilən müğənni Ketti Perri ailə həyatı barədə ilk dəfə açıqlamalar verib. Onun sözlərinə görə, əri Rassel Brendlə həyatı adi keçməsə də, ailə yaşamından narazılıq etmir.
"Rassel əvvəllər az qala ölüb gedirdi. Əlinə keçən narkotikləri qəbul edir, içki içir, orqanizmini çürüdürdü. Ona dəfələrlə dedim ki, bu yoldan çəkilsin, dursun. Sonda sözümə qulaq asdı. Onu cəhənnəmdən qurtardım. Rassel indi narkotiklərə və spirtli içkilərə yaxın durmur. Onun qətiyyətinə sevinirəm. Gəzən şayiələrin tam əksinə olaraq, ailəmizi dağıtmaq, boşanmaq fikrində deyiləm. Övlad anası olmaq, möhkəm ailə kimi yaşamaq istəyirəm. Rassel də bunu istəyir", - Ketti deyib.
Ketti Perrinin dediyinə görə, Rassel Brend indi ideal ərdir və o, həyat yoldaşını çox sevir.
Milli.Az



