Nizami Kino Mərkəzi üç film premyerası təqdim edir

16 İyun 2016 19:27

Nizami Kino Mərkəzi  iyunun 16-dan ABŞ-ın "Cadu 2", ABŞ və Böyük Britaniyanın "Səviyyəli oğlanlar" və Türkiyənin "Ali Kundilli 2" filmlərinin nümayişinə başlayıb.
Komediya janrında çəkilmiş "Ali Kundilli 2" filminin rejissoru Faruk Aksoydu. Yaş həddi: 12+
Böyük eşqlə evlənən Ali və İlknur böyük həyəcanla övlad gözləyirlər. Səkkiz aylıq hamilə olan İlknur əcayib istəkləri ilə Alini canından bezdirir. Yuxu görən hamilə qadın uşağı Alinin nənəsinin yaşadığı Ayvalık, Küçükköydə dünyaya gətirmək istəyir. Yola çıxan dəstə yeni macəralara doğru irəliləyir...    

Filmdə rolları Cem Gelinoğlu, Zeynep Aktuğ, Sami Aksu və digər aktyorlar  canlandırıblar.     

Keri Heyesin ssenarisi əsasında rejissor Ceyms Vanın ekranlaşdırdığı "Cadu 2" filmi  dəhşət, triler və dedektiv janrındadır. Yaş həddi:18+
Ailə cütlüyü Ənfeld şəhərinə gəlib çıxır. Bu dəfə ekstrasenslər burada hökmranlıq etmək istəyən  qüvvətli iblislə qarşı-qarşıyadılar. İnamı itən şəhər sakinləri biri-birilərindən hansısa törədilən hadisələrə görə şübhələnməyə başlayırlar. Ürəylərində kin və nifrət var. 
Rollarda Patrik Uilson, Vera Farmiqa, Medison Vulf, Frensis Okonnor, Loren Espozito, Benjamin Hey, Patrik MakOli, Saymon MakBerni, Mariya Doyl Kennedi, Saymon Delani və digər aktyorlar çəkiliblər.

"Səviyyəli oğlanlar"   kriminal komediyasının rejissoru və ssenari müəllifi Şeyn Blekdir. Sloqanı: "Yaraşıqlı cütlük" Filmin yaş həddi: 16+
 Brutal yekəpərlə nərmə-nazik sərsərinin iş birliyi necə olar? Muzdlu mühafizəçi Cekson Hil və özəl detektiv Holland Març ilk baxışdan asan görünən və sonradan əsrin cinayətinə çevrilən itkin düşmüş qızın axtarışı üçün bu iş birliyinə məcburdular. 
Hərəsinin özünəməxsus metodları olan oğlanlar bu qarışıq rebusu çözə biləcəklərmi...
 Baş rollarda Rayan Qoslinq, Kim Beysinger, Rassel Krou, Enqauri Rays, Mett Bomer, Marqaret Kuelli, Yaya DaKosta, Kit Devid, Bo Napp və Lois Smitt çəkiliblər.
Əziz kinosevərlər  filmlər və kinomərkəzdə keçiriləcək tədbirlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənə bilərsiz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)