Qobustanda iki uşaq atası özünü öldürüb
13 Aprel 2011 10:40
Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Abbas Mirzəyev yaşadığı evdə özünü asıb. İki uşaq atası olan A. Mirzəyevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az