Zaqatala və Qaxa qar yağıb - VİDEO

13 Aprel 2011 10:27
Zaqatala və Qax rayonlarına qar yağıb. APA-nın məlumatına görə, ötən axşamdan hər iki rayonda leysan xarakterli yağışlar müşahidə olunub. Bu gün səhər saat 8.00 radələrində başlayaraq, yağış qara çevrilib. Dağlıq ərazilərdə qarın qalınlığı 8, rayon mərkəzlərində isə 5 santimetrə çatıb.

Ərazidə havanın temperaturu 3 dərəcəyə düşüb.

Milli.Az