Türkiyə ABŞ-dakı səfirini geri çağırdı
5 Mart 2010 01:06
Milli.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qətnamənin qəbulundan dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyi yaydığı açıqlamada "Qərarı üzüntüylə qarşıladıq. Türk xalqını etmədiyi bir cinayətdə ittiham edən bu qətnaməni qınayırıq" deyildi.
Nazirliyin açıqlamasında deyilir: "Bu qətnaməni dəstəkləyənlər, tarixi faktlar və tarixçi alimlər rasında mövzuyl bağlı fikir ayrılıqlarını görməməzliyə vuraraq, siyasi məqsədlərlə yanlış və haqsız bir mövqe sərgiləmiş oldular.
Qətnamə 1915-ci il hadisələrinə münasibətdə bir sıra konkret tarixi səhvlərlə yanaşı, birtərəfli yanaşmayla hazırlanıb. Türkiyə, Birinci Dünya Müharibəsi zamanı bütünlükdə Anadolu xalqının yaşadığı acı olayların tarixçilər tərəfindən önyarğısız və və elmi üsullarla, tarixi qaynaq və arxivlərə əsaslanaraq araşdırılmasının vacibliyinə inanmaqdadır. Siyasətçilərin tarixçilərin sahəsinə müdaxiləsi hər vaxt mənfi təsirlərini göstərib."
XİN-in açıqlamasında qətnamənin Türkiyə-ABŞ münasibətlərinə zərər vura biləcyi açıq-aydın dilə gətirilir.
"Bütün xəbərdarlıqlarımıza baxmayaraq Komitə tərəfindən qəbul edilən bu qətnamənin Türkiyə-ABŞ əlaqələrinə zərər verəcəyindən, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətindəki səylərin dalana dirənəcəyindən ciddi narahatlıq duyuruq.
ABŞ ilə geniş bir spektrdə icra etdiyimiz ortaq işlərə mənfi təsir edəcək bu qərar təəssüf ki, stratejik baxımdan da bir yanlışlığa yol açdı"- deyə XİN-in açıqlamasında vurğulanır.
Açıqlamanın yekununda qeyd olunur ki, Türkiyənin ABŞ-dakı səfiri Namik Tan məsləhətləşmələr üçün geri çağrılır.
Milli.Az
Uyğun linklər:
ABŞ Konqresi qondarma "erməni soyqırımı" qətnaməsini qəbul etdi!
Əli Əhmədov: "Bu, ən azı ABŞ-ın Minsk qrupunun həmsədri kimi hörmətsizliyidir"
Türkiyə ABŞ-dakı səfirini geri çağıra bilər
ABŞ-da "erməni soyqırımı" səsverməsinin mümkün ssenarisi
Əhməd Davudoğlu: "Komitə "soyqırım" qətnaməsini qəbul edərsə..."
Ağ Ev Türkiyə və Ermənistanı keçmişlə deyil, indi ilə yaşamağa çağırır
Əhməd Davudoğlu: "Birdən 3 aydan sonra Qarabağda müharibə başlasa...?"
Gültəkin Hacıbəyli: "Qondarma "soyqırımı" böyük dövlətlər birlikdə uydurub"
Türkiyə yəhudiləri "soyqırım" qətnaməsinə qarşıdır
Əhməd Davudoğlu: "ABŞ "soyqırım" qətnaməsini qəbul edə bilər"
Türkiyə XİN ABŞ Konqresinə məktub göndərib
Ərdoğan: "Vaşinqtonun səhv addımı Ermənistan-Türkiyə barışığını iflasa uğradacaq"