Azərbaycanda ən çox oxunan 10 kitabın adı açıqlanıb.
Milli.Az xəbər verir ki, maraqlı da olsa, "top onluq"da məhz azərbaycanlı yazıçının əsəri liderlik edir.
Belə ki, "Əli və Nino" mağazalar şəbəkəsinin məlumatına görə, iyun ayı ərzində ən çox satılan kitab Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı olub. Artıq bestsellerə çevrilən romanın satışı son aylar yüksələn xətlə gedir.
İkinci yerdə Paula Hokinsin "Qatardakı qız", üçüncü yerə də isə Mark Levinin "Bir-birimizə demədiyimiz sözlər" kitabları tutur.
İlkin İzzət
Milli.Az