Hüsnü Mübarəkin oğulları tutuldu

13 Aprel 2011 09:25
Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, Misir prokurorluğu ölkənin sabiq prezidenti Hüsnü Mübarəkin iki oğlunu saxlayıb. Polis generalının verdiyi məlumata görə, onlar 2011-ci ilin yanvar-fevral aylarında etiraz aksiyalarının dağıdılmasında fəal iştirak, habelə korrupsiya cinayətlərində şübhəli bilinirlər.

ƏliQamal Mübarək qardaşları dünən səhər Şarm əl Şeyx şəhərində tutulublar və istintaqa ifadə veriblər. Onların ifadə verdikləri binanın yanına toplaşmış 2 minə yaxın misirli qardaşların həbs edilməsini istəyiblər. Polis də kütlənin tələbini yerinə yetirib.

Polis avtomobili qardaşları aparanda isə binanın ətrafındakı kütlə Mübarək qardaşlarının olduğu maşın butulka, daş və ayaqqabı atıblar. Ayaqqabı atmaq ərəb aləmində çox təhqiramiz, aşağılayıcı hərəkət sayılır.

Hüsnü Mübarək devrilənə qədər onun oğlu Əli iş adamı, Qamal isə iqtidar partiyasında rəhbər vəzifələrdən biriniicra edən şəxs idi.

Milli.Az