Tanınmış modelyer xəstəxanalıq oldu - YENİLƏNİB

16 İyun 2016 14:19

14:19

"İşte benim stilim"in münsifi olmaqla məşhurlaşan modelyer Kamal Doğulunun vəziyyəti ilə bağlı yeni xəbər var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yaşadığı evin pilləkənindən yıxılaraq qan içində qalan, sonra tapılaraq xəstəxanaya çatdırılan modelyerin vəziyyəti ağırdır. Bu barədə onun qardaşı, aktyor Kadir Doğulu İnstaqramda yazıb:

"Qardaşımın vəziyyəti ağırdır, dua edin. Həkimlər əllərindən gələni edirlər. Bütün ailə ilə yanındayıq. Gərgin günlərin keçməsi üçün dua edirik. Bu müqəddəs günlərdə qardaşım üçün dua edin. Əvvəl qardaşım sağalsın, daha sonra nə baş verdiyi deyilər. Ailəmizdən başqa heç kimin açıqlamasını ciddiyə almayın".

Məşhur ulduzun yaxın dostları Çağla Şikel, Hande Yener, Hakan Akkaya və Öykü Serter xəstəxanaya gediblər. Ç.Şikel mediaya: "Qorxulu bir şey yoxdur. Reanimasiyada olsa da, həyatı üçün təhlükə sovuşub. Evdə tək olduğu üçün saat yarım sonra tapılıb", - açıqlamasını verib.

----------

10:33

"İşte benim stilim" verilişinin münsiflərindən olan modelyer Kemal Doğulu pilləkənlərdən yıxılıb. 

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, evindən çıxarkən yıxılan Doğulu ev sahibi tərəfindən xəstəxanaya aparılıb. Onun dostlarının verdiyi məlumata görə, qorxulu heç nə yoxdur. Həkim nəzarətində saxlanılır.

Maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.

Milli.Az