QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

12 Aprel 2011 20:05
Şuradan Milli.Az xəbər portalına daxil olan məlumata görə, iclası Şura sədri Azay Quliyev açaraq, gündəlikdə Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunlarının, sərbəst vəsaitin xərclənməsinin və cari məsələlərin müzakirə ediləcəyini bildirib.

Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunları haqqında Katibliyin icraçı direktoru F.Qurbanovun məruzəsi dinlənilib. Qeyd edilib ki, rüb ərzində Şura QHT-lərə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə yardımı dəstəyi verməkdə davam edib, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə yeni töhfələr verib.

Sərbəst vəsaitin xərclənməsi müzakirələrində Şuraya daxil olmuş layihə təkliflərinə baxılıb və onların hər biri haqqında konkret qərarlar qəbul edilib. Həmçinin, yeni maliyyə yardımı müsabiqəsinin elan olunması barədə də müzakirələr aparılıb.

Cari məsələlərin müzakirəsində isə QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatların vəziyyətilə bağlı qeyd edilib ki, gələcəkdə hesabat formalarının sadələşdirilməsi, hesabat məbləğlərinin diferensiallaşdırılması, eləcə də elektron hesabatvermə prosedurlarının asanlaşdırılması üçün xüsusi kompyuter proqramının yaradılması üçün təkliflər hazırlansın.

Milli.Az