Azərbaycanlı müğənni üçün özəl gün

15 İyun 2016 15:20

Bu gün müğənni Ramal İsrafilovun ad günüdür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 31 yaşı tamam olan müğənni özəl gününü ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib. 

R.İsrafilov 1985-ci ildə Şamaxıda musiqiçi ailəsində anadan olub. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.

1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.

2004-cü ildə əməkdar artist Abbas Bağırovla birğə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərib. 2009-cu ildə solo karyerasına start verib, həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.

Ailəlidir, bir qız övladı var.

Milli.Az