Maral Tahirqızının həbsxana həyatı - VİDEO

15 İyun 2016 12:10

"Xəzər" telekanalında yayımlanan "Rezonans" verilişi növbəti buraxılışını həbsdə olan müğənni Maral Tahirqızıya həsr edib. 

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək, həbs olunan və 3 il azadlıqdan məhrum edilən müğənni həbsxana həyatından danışıb:

"Mənə ən yüksək cəza verilib. Gələndə ilk narahatlığım yatdığım çarpayı oldu. Evdəki rahat yerdən gəlib, belə yerdə yatmaq çətin idi. Həbs olunanda məni ilk olaraq Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına apardılar. Olduğum hücrədə hamı siqaret çəkirdi.

Mən də iy götürmürəm. Dedim ki, zəhmət olmasa, pəncərə tərəfdə çəkin. Sonra hazırda qaldığım yerə gətiriləndə xahiş etdim ki, məni siqaret çəkməyənlərin yanına aparın".

M.Tahirqızı həbsxanada mahnılar yazdığını da deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maral Tahirqızının həbsxana həyatı