Arıqlamaq istəyən nə yesin?
12 Aprel 2011 21:29
Milli.az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı Danton Universitetinin əməkdaşları piylənmə və kökəlməyə qarşı effektiv vasitəni tapıblar. Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, moruq kökəlmənin qarşısını alan ən effektiv vasitələrdən biridir.
Universitetin əməkdaşı Şivani Moqinin dediyinə görə, moruğun tərkibində güclü antioksidant effektə malik bitki piqmenti olan polifenol var.
İnsan orqanizmində piylənmə prosesi çoxsaylı adiposit hüceyrələrinin yaranması ilə müşaiyət olunur. Adipositlər piy yığılması və sintezi funksiyasına malik birləşdirici toxuma hüceyrələridir.
Milli.Az