Pirat "Windows" disklərində nələr olur?
12 Aprel 2011 20:49
Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, ABŞ-ın "Microsoft" korporasiyasının ekspertləri dünyanın müxtəlif ölkələrində satılan pirat "Windows" əməliyyat sistemləri olan diskləri araşdırıblar. Məlum olub ki, hər dörd belə diskdən birində çoxsaylı kompüter virusları var.
İnternetdəki torrent və fayl mübadiləsi saytlarındakı "Windows" əməliyyat sisteminin distributivlərində isə orijinal kod dəyişdirildiyindən həmin əməliyyat sistemi kompüterə yüklənərkən viruslar da onu "müşayiət" edir.
Pirat "Windows" faylları kompüterə instalyasiya edilərkən onların 6 faizi virus və troyanlı olur. Üstəlik, internetdə "azad yükləmə" (free download) kimi təqdim edilən "Windows" əməliyyat sisteminin qanunsuz surətlərinin 29 faizi kompüterə yüklənəndən sonra işləmir.
Milli.Az