Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirilib
12 Aprel 2011 18:39
Müsavat Partiyasının qurultayının ilin ikinci yarısında keçirilməsi planlaşdırılır. Bunu Trend-ə Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib. Onun sözlərinə görə, hazırlıq işlərinin uzanması səbəbindən may-iyun ayında keçirilməsi planlaşdırılan qurultayın vaxtı dəyişdirilib.
Arzu Səmədbəyli qeyd edib ki, rayon təşkilatları konfransların keçirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə çalışır: "Qurultayın keçiriləcəyi yer müəyyənləşdirildikdən sonra vaxtını dəqiq söyləmək olar".
Milli.Az