Böyük fəlakətin təzminatı nə qədər olacaq?
12 Aprel 2011 20:35
Milli.Az xəbər portalı "Yomiuri"yə isttnadən bildirib ki, ABŞ-ın "JP Morgan" investisiya-bank holdinqinin ekspertlərinin hesablamalarına görə, Yaponiyadakı "Fukusima-1" atom-elektrik stansiyasıın operator şirkəti TEPCO 23,6 milyard dollar məbləğində təzminat ödənişi tələbi ilə qarşılaşa bilər.
Yaponiyanın iqtisadiyyat naziri Kaoru Yosano isə bildirib ki, martın 11-də yaşanmış dağıdıcı zəlzələ və sunaminin ölkəyə vurduğu maddi ziyanın məbləği sürəkli artır.
"Həmin zəlzələdən sonra daha iki güclü yeraltı təkan da ziyanı artırıb", - Yosano söyləyib.
Milli.Az