Tərtərdə yanğın: 5 yaşlı uşaq yanaraq öldü
12 Aprel 2011 17:48
APA-nın məlumatına görə, Rüstəm Səfərova məxsus evdə baş verən yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər gəlib. Evdə olan 5 yaşlı Səfərov Cəsur Rüstəm oğlu yanaraq ölüb.
Tərtər Rayon Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev faktı təsdiqləyib. O bildirib ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Yanğının baş vermə səbəbləri araşdırılır.
Milli.Az