Olimpiya çempionu siyasətə başlayır

12 Aprel 2011 20:08
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, 1980 və 1990-cı illərdəki Yay Olimpiya Oyunlarında 9 qızıl medal qazanmış amerikalı yüngül atlet Karl Lüis 49 yaşında yeni mübarizəyə hazırlaşır. O, ABŞ Demokrat Partiyasınıdan senatorluğa namizəd olmaq istəyir.

100 metr məsafəyə qaçışın və uzununa tullanmağın rekordçusunu indi yeni "qaçış" gözləyir. O, Nyu-Cersi ştatından senatorluğa namizəd olmaq fikrindədir.

Milli.Az