Abbas Bağırov QADAĞANI pozdu

14 İyun 2016 12:27

Əməkdar artist Abbas Bağırov sözünü tutmadı, özünə qoyduğu qadağanı elə özü də pozdu.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ötən ay bezdiyi üçün sosial şəbəkədən bir ay uzaqlaşdığını elan edən sənətçi açıq havada pulsuz konsert verəcəyini bildirərək, hər kəsi konsertinə dəvət edib.
 
Xatırladaq ki, Abbas İnstaqramda belə yazıb: "Sosial şəbəkəni dəyərli vaxtımın boşa getməsi kimi qəbul edirəm. Ona görə də 1 ay, bəlkə də daha çox, heç bir sosial şəbəkədən istifadə etməyəcəm. Özümə inanıram və güvənirəm. Çünki bu günə kimi çox nəticələr gördüm. İyunun 1-dən iyulun 1-nə kimi sosial şəbəkələrdən kənar istirahət edəcəm. Belə daha yaxşı olacaq. Siz də edin və görün ki, bu sosial həyat nə qədər pisliklər gətirir. Elə dünyadakı müharibənin də ilk səbəbkarı sosial şəbəkədir. Hələ başqa dəhşətlərdən danışmıram. Yəqin ki, məni anlayacaqsınız, xahiş edirəm, mənə heç bir mesaj yazmayın. Çünki yazdıqlarınızı oxumuram".

Digər maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.

Milli.Az