“Ermənilər Xankəndidə aeroport açmaq üçün Azərbaycandan icazə almalıdırlar”
12 Aprel 2011 17:22
Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin ("AzAL") vitse-prezidenti Sabir İlyasov məlumat verib. O, bildirib ki, İCAO-nın tələblərinə əsasən, hər hansı ölkənin ərazisində aeroport açılanda onun yerləşdiyi dövlətin razılığı - lisenziyası olmalıdır: "Bu isə yoxdur. Ona görə də bizim Mülki Aviasiya Administrasiyası bununla bağlı mövqeyini açıqladı".
Xatırladaq ki, bir qədər əvvəl İCAO Azərbaycanın razılığı olmadan Xankəndidə aeroportun işə düşməsinin mümkünsüz olduğunu bildirib.
Milli.Az