Azərbaycanda qanunsuz aksiyaların təşkilatçılarından biri İnterpol vasitəsilə axtarışa verilib

12 Aprel 2011 16:58
Sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel - Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçılarından biri barədə İnterpol vasitəsilə axtarış elan olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidli barəsində beynəlxalq axtarış elan edilməsi haqqında məlumat təsdiqlənib. Onun barəsində dövlət əleyhinə açıq çağırışlar etmə maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az