MDB-nin 20 illiyi Bakıda qeyd olunacaq

12 Aprel 2011 15:04
Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ötən il mayın 27-28-də MDB-nin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının toplantısında növbəti iclasın Bakıda keçirilməsi qərara alınıb.

Ötən il mayın 21-də isə Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası MDB-nin 20 illiyinin keçirilməsi qərarını verib. Məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilib. Bakıda  MDB-nin 20 illiyinə həsr olunmuş iclas da həmin tədbirlər planının bir hissəsidir.

MDB-nin Bədən tərbiyəsi və idman üzrə Şurasının iclasında Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova və digər ölkələrin idmana məsul rəsmilərinin iştirakı gözlənilir.

Milli.Az