Erməni aktrisa türk jurnalına savaş açdı – FOTO

12 Aprel 2011 15:22
Erməni əsilli amerikalı aktrisa Kim Kardaşyan "Cosmopolitan" jurnalının aprel sayına çəkilib. Jurnal isə fotoları və müsahibəni dünyadakı bütün redaksiyalarına paylayıb. "Cosmopolitan Türkiye" də üz qabığında Kim Kardaşyanın fotosu olan aprel sayını çap edib. Bunu eşidən Kim Kardaşyan çox əsəbiləşib. Türklərə düşmən gözü ilə baxdığını mütəmadi olaraq büruzə verən erməni aktrisa bildirib ki, ona fotoların hansı ölkələrdə yayımlanacağı barədə məlumat verilsə də, siyahıda Türkiyənin adı olmayıb.

Qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən və bununla bağlı imzatoplama kampaniyasına da başlayan Kim Kardaşyanı hirsləndirən ən vacib məqam fotolarının Türkiyədə aprel ayında, yəni "erməni soyqırımı" iddialarının ildönümündə dərc edilməsidir.

ABŞ-dakı erməni lobbisinin liderlərindən biri, vəkil Mark Geraqos da Kim Kardaşyanın fotosunun "Cosmopolitan Türkiye"nin aprel sayının üz qabığında yer almasına etiraz edib. Onun sözlərinə görə, "bu hadisə ermənilərin yarasına duz basıb".

Milli.Az