Günün təamı: heyva mürəbbəsi - FOTO
20 Aprel 2011 07:00
1 litrəlik banka üçün
1 kiloqram çəkirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd) - (proses reseptdə izah olunur)
1 kiloqram şəkər tozu
1 stəkan su
Bir çimdik limon duzu
Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Şəkildəki kimi, nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın - təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan (şəkildəkindən) ya da adi bıçaqdan istifadə edə bilərsiniz.
İndi isə heyvanı çəkin - hər kiloya bir kilo şəkər tozu istifadə edəcəyinizə görə, gərək ölçülər üst-üstə düşsün.
Heyvanı ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın. Mürəbbə təxminən 50 dəqiqə - 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbəınin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin.
Mürəbbə soyuduqdan sonra onu bankaya yığın.
Nuş olsun!
Milli.Az


