«Qalatasaray» Ardanın transferilə bağlı rəsmi danışıqlara başladı
12 Aprel 2011 14:01
Milli.Az xəbər portalının "Fotomaç" qəzetinə istinadən verdiyi məlumata görə, məlumatı "Qalatasaray" klubu rəsmən təsdiqləyib. Danışıqların getdiyini açıqlayan klub prosesin gedişi haqda ətraflı məlumat veriləcəyini bildirir.
Məlumata görə, tərəflər Ardanın 15 milyon avro qarşılığında İspaniyaya transferi haqda razılıq əldə edib. Razılaşdırılmamış yeganə məqam qabaqcadan ödəniləcək məbləğlə bağlıdır. "Atletiko" rəsmiləri pulun ilk hissəsini mayda ödəmək istəsə də, istanbullular bunun yaxın günlərdə edilməsinə çalışır.
Milli.Az