Hüsnü Mübarək və oğulları məhkəməyə çağırıldı
12 Aprel 2011 11:19
Milli.Az xəbər portalının "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bunu keçid hökumətinin daxili işlər naziri Mansur əl-İsavi bildirib. O, bu haqda Baş Prokurorluqdan tapşırıq aldıqlarını söyləyib.
Qeyd edək ki, Misirdə hakimiyyətin devrilməsindən sonra keçmiş rəhbərliklə bağlı onlarla cinayət işi açılıb. Onlar korrupsiyada ittiham olunur.
Milli.Az