83 yaşlı qadın köməksiz vəziyyətdə canını tapşırdı
12 Aprel 2011 12:00
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olublar.
Mənzilə baxış keçirilərkən 83 yaşlı Sokolova Anna Alekseyevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində A.Sokolovanın vəfat etdiyi məlum olub.
Milli.Az