Azərbaycanın “Eurovision-2011” mahnısının klipi təqdim olundu – VİDEO
12 Aprel 2011 10:54
Azərbaycanın "Eurovision-2011" təmsilçiləri Eldar və Nigarın Almaniyanın Düsseldorf şəhərində mayın 10-da, müsabiqənin birinci yarımfinal mərhələsində ifa edəcəyi "Running Scared" mahnısının klipinin İctimai Televiziyada təqdimatı olub.
Klipin rejissoru Tarmo Krimdir. Tarmo Krim 2002-ci ildə Tallində keçirilən Eurovision Mahnı Müsabiqəsinin prodüseri olub.
"Running Scared" mahnısının klipi romantik və həssas bir tarixçədən bəhs edir. Gözəl mənzərə və kadrlarla zəngin olan klipin çəkilişləri dəniz sahilində aparılıb.
Xatırladaq ki, "Running Scared" mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və İain Farquharsondur.
Hazırda Azərbaycanın "Eurovision-2011" təmsilçiləri Eldar və Nigar Düsseldorf səhnəsindəki çıxışa və Avropa turnesinə hazırlaşır. Duetimiz qalib olmaq üçün var gücləri ilə çalışdıqlarını deyir.