Masazırda "Rang Rover" yük maşını ilə toqquşdu, ölənlər var
12 Aprel 2011 11:03
Abşeron rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 24 yaşlı Turan Dostzadənin idarə etdiyi "Range Rover" markalı minik maşını qarşıdan gələn "Zil" markalı yük maşını ilə toqquşub. Qəza hadisəsi aprelin 12-nə keçən gecə Masazır yolunda qeydə alınıb.
"Range Rover"in sürücüsü və maşında olan 29 yaşlı Səbinə Qafarova aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər.
Hadisə "Range Rover"in qarşısında gedən "KamAZ" markalı yük maşınını ötmək istəməsi zamanı baş verib.
Faktla bağlı ətraflı məlumat veriləcək.
Anar Məmmədov
Milli.Az