Vaşinqtonun meri həbs olundu

12 Aprel 2011 10:05
Milli.Az xəbər portalının "The Washington Post" qəzetinə istinadən verdiyi məlumata görə, həbsə səbəb şəhər rəhbərliyinin icazəsiz etiraz aksiyası keçirməsidir. Mer və silahdaşları ABŞ Konqresinin aşağı palatasının şəhər proqramlarının maliyyələşdirilməsinə ayrılmış məbləğin azaldılmasına dair qərarına etiraz edir.
Vaşinqton meri başda olmaqla, 200-dək məmur pik saatında Senatın binası qarşısında yolu bağlayıb. Təxminən yarım saat davam edən aksiyadan sonra polis nümayişçiləri həbs etməyə başlayıb. Onlar polis məntəqəsinə aparılıb.

Milli.Az