Qaraqanın yeni albomu 1 dollaradır

10 İyun 2016 15:10

Uzun müddətdir Nyu-Yorkda yaşayan reper Qaraqanın "Qışlaq" adlı yeni albomu işıq üzü görüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin kickstarter.com saytına yerləşdirilən diski 1 ABŞ dollarına satışa çıxarılıb. 

Qaraqan bildirib ki, albom Nyu-Yorkda özünün yaratdığı studiyada hazırlanıb. Albom üzərində dörd amerikalı bəstəkar işləyib.

"Qışlaq" albomunun üz qabığı üzərində dizayner Röyal Paşayev çalışıb.

Qeyd edək ki, Qaraqan həm də yazıçı kimi fəaliyyət göstərir. Onun "Üçüncü Addım - Rəqəmsal meşə" adlı sonuncu kitabı bu yaxınlarda işıq üzü görüb.

Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az