Aşıq Samirə “İkinci baharı”nda həyat yoldaşı ilə - FOTO - VİDEO
12 Aprel 2011 09:08
Ötən ilin oktyabr ayında prodüseri Rizvan Məmmədovla ailə həyatı quran Aşıq Samirə həyat yoldaşı ilə birlikdə klipə çəkilib. Milli.Az xəbər portalının məlumatına görə, öz evliliklərini həyatlarının "ikinci bahar"ı adlandıran cütlüyün klipi də "İkinci bahar" adlanır.
Klipdə özünü aşıq yox, müğənni qismində sınayan Samirə ekran işindən məmnun qaldıqlarını bildirib. Sezen Aksunun repertuarından olan "İkinci bahar" adlı mahnıya çəkilən klipin əsas hissələri Samirə və Rizvan cütlüyünün evində çəkilib.
Klipdə Samirə və Rizvanın həyat etirafları, Samirənin qızının, həmçinin cütlüyün toy görüntüləri də yer alıb. "İkinci bahar" klipinin rejissoru Ülviyyə Könüldür.