Azərbaycanlı ifaçıların klipi Türkiyə telekanalının “Top 20”-sində – VİDEO

11 Aprel 2011 18:41
Azərbaycan müğənnilərinin klipi Türkiyənin "Kral TV" kanalının "Top-20" hitləri sırasına daxil olub. ANS PRESS-in məlumata görə, bu uğuru xalq artistləri Aygün Kazımova və "Dəyirman"çı Miri Yusifin bir müddətdir "Kral TV"də yayımlanan "Petrol" klipi qazanıb. Azərbaycanlı ifaçıların türk kanalında belə bir uğura imza atması ilk hadisədir.

Klip 2010-cu ildə Emin Kəriminin prodüserliyi ilə "SS Produktion" tərəfindən çəkilib.

Milli.Az