Vasif Məhərrəmli yazdığı təhqirlərdən DANIŞDI

9 İyun 2016 12:58

"Müğənni Vasif Məhərrəmli sosial şəbəkədə yayılan təhqir mesajlarına və "Ay çuska, kəmər Stefano Riççidir" sözlərinə aydınlıq gətirib. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Hər şey daxil" verilişində bunları deyib:

"Kütlə şəklində danışmaq başqadır, fərd başqa. Mən sosial şəbəkədə bir nəfərə sözümü yazmışam. Niyə hamı üzərinə götürür? Xalqla nə işim var? Mən xalqdan dolanıram, bu ölkənin bir nümayəndəsiyəm. Millətimi təhqir etmək fikrim olmayıb, etməmişəm də.

Mən hay-küylü müğənniyəm. Hansı verilişə çıxsam, nə desəm, səs-küy yaradır. Məndən inciməsinlər, amma təhqir dolu şərhləri yazanlar bekar adamlardır. İşləri yoxdur, bütün günü oturub, kiməsə nəsə yazırlar".

Milli.Az