NATO qüvvələri Qəzzafi ordusunun 60 zirehli texnikasını məhv edib

11 Aprel 2011 17:59
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussen bəyan edib. "Şənbə günü Liviyada təxminən 300 uçuş həyata keçirmişik. Nəticədə 49 tank, 9 zirehli maşın, 3 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat anbarı məhv edilib. Zərbələrin əksəriyyəti Misurat və Acdabiyə şəhərləri yaxınlığına endirilib", - deyə baş katib qeyd edib.

Milli.Az

Qəzzafi qiyamçılarla danışıqlara razılıq verdi - YENİLƏNİB