Narkotik maddə istifadə etməkdə günahlandırılan və 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilən müğənni Deniz Sekinin nişanlısı ona xəyanət edib.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, müğənninin nişanlısı gecə klubunda başqa bir qadınla səmimi halda paparassilərin hədəfinə düşüb. Onun barmağında üzüyün olmaması da fotoqrafların diqqətindən yayınmayıb.
Qeyd edək ki, müğənni həbsxanaya girməzdən əvvəl Faruk Salman ilə nişanlanmışdı.
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az