Misir Mərdanov: “Yaxın vaxtlarda müəllimlərə dövlət qulluqçusu statusu verilə bilər”

11 Aprel 2011 17:34
APA-nın məlumatına görə, Lənkəran, Masallı, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının təhsil şöbələri işçilərinin qatıldıqları tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək respublikanın təhsil sistemində həyata keçirilən islahatlardan, son zamanlar ölkə üzrə xeyli sayda yeni məktəb binaları tikilərək istifadəyə verilməsindən, bütün ümumtəhsil müəssisələrinin ən zəruri avadanlıqlarla, o cümlədən kompyuter texnologiyaları ilə təchiz olunmasından söz açıb. Nazir, həmçinin qeyd edib ki, hazırda respublika üzrə qəzalı vəziyyətdə olan 525 məktəbin hamısı 2013-cü ilə kimi təmir olunacaq və müasir tələblər səviyyəsinə çatdırılacaq: "Yaxın vaxtlarda Azərbaycan müəllimi özünün layiqli qiymətini alacaq. Çox güman ki, müəllimlərə dövlət qulluqçusu statusu da verilə bilər".

Konfransın sonunda Misir Mərdanov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Milli.Az