Yuliya Timoşenkoya qarşı daha bir cinayət işi açılıb
11 Aprel 2011 18:13
Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, söhbət Rusiyadan qaz alınması işində xərclənmiş milyardlarla dollardan gedir.
Baş prokurorun birinci müavini Renat Kuzmin bildirib ki, 2009-cu ildə Rusiya ilə qaz müqaviləsinin imzalanması zamanı Timoşenko vəzifə səlahiyyətlərini aşıb və bu, dövlətə külli miqdarda ziyan vurub.
Xatırladaq ki, bundan əvvəl sabiq baş nazirə qarşı 2 cinayət işi açılmışdı.
Milli.Az